Şabranda AĞIR QƏZA: 2 ölü, 1 yaralı var

Şabranda AĞIR QƏZA: 2 ölü, 1 yaralı var

Hazırda oxunan: Şabranda AĞIR QƏZA: 2 ölü, 1 yaralı var

126156

Şabran rayonunun  Ağalıq kəndi ərazisində iki yük avtomobili toqquşub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “KaMAZ” markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn yük maşınına çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. 

Qəzada həlak olan avtomobillərin sürücüləri, Dağıstan Respublikası vətəndaşı, 37 yaşlı Ramazanov Nəriman və Şabran rayon Rəhimli kənd sakini, 51yaşlı İskəndərov Ayaz hadisə yerində keçiniblər. 
Yük maşınının sərnişini Əmirxanlı kənd sakini Məmmədov Elçin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

DİN Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində cinayət işi açılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO