“Azərbaycan Hava Yolları” aviaşirkəti aprelin 22-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Əl-Küveyt şəhərinə reyslərin icrasına başlayır.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycandan Bəhreynə müntəzəm reyslər həyata keçiriləcək
Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.
Küveyt turistləri yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti, alış-veriş və s. ilə cəlb edir.
Aviabiletləri rəsmi www.azal.az saytından və ya AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Bizim.Media