İlham Əliyev: Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır

İlham Əliyev: Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır

Hazırda oxunan: İlham Əliyev: Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır

126139

“Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Əzəli torpaqlarımızda yeni həyat yazın Odlar diyarına gəlişinə xüsusi ab-hava qatır”


Ulu babalarımızın zəngin daxili aləminin, müdrik həyat fəlsəfəsinin və gələcəklə bağlı işıqlı arzularının bahar bayramında dolğun təcəssümünü tapdığının vurğulandığı təbrikdə deyilir:

“Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir.
Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO