"Azəriqaz" bayram günləri gücləndirilmiş iş rejimində işləyəcək

Hazırda oxunan: "Azəriqaz" bayram günləri gücləndirilmiş iş rejimində işləyəcək

126125

Novruz bayramı ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qeyri-iş günlərində (martın 18-dən 26-dək) gücləndirilmiş iş rejiminə keçəcək. 

Bu barədə Bizim.Media-ya "Azəriqaz"dan bildirilib. 

Bildirilir ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsi şənbə-bazar günləri saat 10:00-dan 14:00-dək, digər bayram günləri isə saat 10:00-dan 15:00-dək fəaliyyət göstərəcək. 

"Xidmət Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək pr. 21/24) bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq", - məlumatda deyilir. 
Bundan başqa, “Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzi, Təmir-Tikinti İdarəsinin 104 Çağrı sahəsi də sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. "Azəriqaz" bildirir ki, Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq. 

Abonentlərin nəzərinə çatdırılır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlarını göndərə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO