Bu bankda qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb

Bu bankda qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb

Hazırda oxunan: Bu bankda qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb

126113

“Muğanbank” ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb. 

Bu barədə Bizim.Media-ya Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb. 

Araşdırma zamanı sabiq filial direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. 

İbtidai istintaq davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO