Bu gün Türkiyədə vaxtilə Qərbi Azərbaycandan didərgin salınan milyonlarla soydaşımız yaşayır. Getdikləri vaxtdan yüz ildən çox ötsə də, ürəklərində olan dogma Vətən həsrəti, Ata yurdu sevgisi azalmır. Atalardan, analardan övladlarına ötürülərək yaşadılır.
Manisa şəhəri Həmrəylik və Mədəniyyət Cəmiyyətinin, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının rəhbəri olan Seyfəddin Ayakyay da ürəyi qubarlı soydaşlarımızdan biridir.
Novruz bayramını qeyd etdiyimiz bu günlərdə İrəvan həsrətli soydaşımız Bizim.Media-ya Türkiyədə Novruz bayramı adətlərini necə yaşatmaqlarından, Vətən həsrətini necə ovutmalarından bəhs edən göynərti dolu məktub yollayıb:
“1918-ci ildə erməni vəhşiliyi nəticəsində dogma yurdu İrəvanı tərk etmək məcburiyyətində qalan atam, Göyçədən mühacir olaraq gələn anam Qarsa yerləşib. Onlar öz mədəniyyətlərini, adət-ənənələrini özləri ilə gətiriblər. Doğulduğum gündən bu günə kimi o mədəniyyəti yaşatmağa çalışırıq.
Necə ki, siz Azərbaycanda çərşənbələri qeyd edirsiniz, bizdə eynilə bir-bir hamısını qeyd edirik. Sonra da Novruzu.
Qarsda doğulsam da, vaxtilə Manisa şəhərinə məmur kimi çalışmaq üçün gəldim. Təqaüdə çıxmışam və bu şəhərdə yaşayıram. Bura “Ana yurdumuz” - deyə sarılırıq. Ata yurdumuzu ermənilər qanlı çəkmələri ilə gəzərək özlərinə “yurd” ediblər. Bilirəm ki, 75 yaşlı bir insan kimi ömrüm torpaqlarımıza qayıdacağımız günü görməyə çatmaz.
Amma ümidimiz yenə Prezidentimiz İlham Əliyevədir. Tezliklə torpaqlarımız tam azad olunar, İrəvana dönə bilməsək də, Göycəyə qayıdıb gölün suyunda çimməyi arzu edirik. Ah, ölmədən əvvəl bir görə bilsəydim…, deyirəm.
Bu gün isə yanan ürəyimizin odunun alovu ilə Novruz ocağını qalayır və bir həftə boyunca adət-ənənəmizə uyğun qeyd edirik.
Bəzən Azərbaycandan teatrları, və ya Xırdalandan Musiqi Məktəbini Manisaya dəvət edərək bayramın gözəlliklərini yaşayırıq. Bax beləcə, həsrətlə dolu bayramlarımızı dogma musiqilərə qulaq asaraq, Yedi Levin (7 çeşid çərəz) hazırlayaraq, yumurtanı rəngarəng boyayaraq, şirniyyatlar səpərək, tonqalımızı yandırıb üstündən tullanaraq, mahnılar söyləyərək qeyd edrik.
Hamınızı çox sevirik, NOVRUZUNUZ mübarək olsun, əziz dünya azərbaycanlılarımız!”.
Qeyd edək ki, Seyfəddin bəyin atası İrəvan xanının nəslindəndir - İlyas xanın Nazlı xanımdan doğulan oğlu Muxtar Ağsüyekdir (İlyasxanoğlu), anası Şöreyel sultanının nəslindəndir. İrəvanda Ağsoy nəslindən Məhəmmədxanoğullarının qardaşı İlyas xanın nəvəsidir.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 17.03.2023
Türkiyədə yaşayan İrəvan azərbaycanlısından Bizim.Media-ya ürəkdağlayan MƏKTUB - FOTO
Hazırda oxunan: Türkiyədə yaşayan İrəvan azərbaycanlısından Bizim.Media-ya ürəkdağlayan MƏKTUB - FOTO
Hazırda oxunan: Türkiyədə yaşayan İrəvan azərbaycanlısından Bizim.Media-ya ürəkdağlayan MƏKTUB - FOTO
126087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.