963 tikinti obyektində İŞLƏR DAYANDIRILIB

963 tikinti obyektində İŞLƏR DAYANDIRILIB

Hazırda oxunan: 963 tikinti obyektində İŞLƏR DAYANDIRILIB

126082

Hesabat dövründə fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 7,5 min obyektdə tikinti norma və qaydalarının tələblərinə, layihəyə uyğunluğuna, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə əməl olunması, görülən işlərə texniki və müəllif nəzarətinin təmin olunması ilə əlaqədar tikintiyə dövlət nəzarəti aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Tikinti işlərinin dayandırılması Qaydası"na əsasən tikinti işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması üçün 963 tikinti obyektinə tikinti işlərinin dayandırılması barədə və 14 tikinti obyektinə isə obyektin sökülməsi barədə qərar və 46 göstəriş verilib.
Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 229 ədəd İnzibati xəta haqqında protokol tərtib edilib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO