2022-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yaşayan şagirdlərdən 28 nəfəri bioloji ailəsinə qaytarılıb.
Bizim.Media xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd olunub ki, 78 uşaq yerli icra hakimiyyətlərinin müvafiq sərəncamlarına əsasən Elm və Təhsil Nazirliyinin göndərişi ilə dövlət uşaq müəssisələrinə yerləşdirilib.
Övladlarına qayğı göstərə bilməyən ailə və uşaqların rifahının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə 4 uşaq ailə tipli kiçik qrup evində alternativ xidmətə yönləndirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 17.03.2023
İnternat məktəblərində yaşayan 28 uşaq ailələrinə QAYTARILDI
Hazırda oxunan: İnternat məktəblərində yaşayan 28 uşaq ailələrinə QAYTARILDI
Hazırda oxunan: İnternat məktəblərində yaşayan 28 uşaq ailələrinə QAYTARILDI
126065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.