İranla sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTO

İranla sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTO

Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTO

126049

Martın 17-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Hacırüstəmli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Həsənov Arzu Yusif oğlu və Osanlı Elçin Firuz oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 3 kiloqram 400 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri dаvаm еtdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO