“Dövlət səhiyyə müəssələrində çalışan həkimlər və orta məktəb müəllimləri Milli Məclisə müraciətlərində, eləcə də vətəndaşlarla görüşlərdə təklif edirlər ki, onların təqaüd yaşı məsələsinə yenidən baxılsın”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov səsləndirib.
“Bir sıra bölgələrdə həkim və müəllim çatışmazlığı mövcuddur. İstisna hal kimi, onların təqaüd yaşının 70-ə qaldırılmasını Səhiyyə Komitəsi olaraq, Nazirlər Kabinetindən xahiş edirik”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:32 / 17.03.2023
“Həkim və müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın” – Parlamentdə TƏKLİF
Hazırda oxunan: “Həkim və müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın” – Parlamentdə TƏKLİF
Hazırda oxunan: “Həkim və müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın” – Parlamentdə TƏKLİF
126045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.