Gəncədə tibb müəssisələrində çalışan şəhid ailələrinə bayram TƏBRİKİ - FOTO

Gəncədə tibb müəssisələrində çalışan şəhid ailələrinə bayram TƏBRİKİ - FOTO

Hazırda oxunan: Gəncədə tibb müəssisələrində çalışan şəhid ailələrinə bayram TƏBRİKİ - FOTO

126031

Novruz Bayramı ərəfəsində Gəncə şəhərində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 25 nəfər şəhid ailə üzvünə hədiyyələr təqdim olunub. 

Bizim.Media-nın yerli bürosuna bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası Novruz bayramı ilə əlaqədar tədbir keçirib. 

Tədbirdə çıxış edən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov hər kəsi bayram münasibəti ilə təbrik edib. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində öz canlarını sipər edən, torpaqlarımızın azadlığı uğrunda canında keçən mərd, qəhrəman şəhidlərimizın xatirəsi daim hörmətlə anılır. 
Bu gün dövlət başçısı Cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərir.

İlkin İsmayılov, Gəncənin tibb müəssisələrində çalışan şəhid ailələrinə daim diqqət göstərildiyini və hər zaman buna hazır olduqlarını vurğulayıb.

Daha sonra çıxış edən Həmkarlar Şurasının sədri Gülər Süleymanova da bayram münasibətilə şəhid ailələrini təbrik edib.

Sonda 25 şəhid ailə üzvünə bayram hədiyyələri təqdim olunub.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO