Bu gün səhər saatlarında Biləsuvar rayonunda rayon sakini Səidə Babayeva polis şöbəsinin yaxınlığında özünü yandırmağa cəhd edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Bizim.Media-nın cənub bürosuna bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq ona ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.
Onun tələbi Cinayət Məcəlləsinin 152.1 (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 221.3-cü (xuliqanlıq) maddələri təqsirləndirilən, məhkəmə qərarı ilə həbs edilən oğlu — 2000-ci il təvəllüdlü oğlu Babək Babayevin dərhal azadlığa buraxılması olub.
Araşdırmalar davam etdirilir.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 17.03.2023
Biləsuvar sakini özünü yandırmağa cəhd ETDİ - SƏBƏB
Hazırda oxunan: Biləsuvar sakini özünü yandırmağa cəhd ETDİ - SƏBƏB
Hazırda oxunan: Biləsuvar sakini özünü yandırmağa cəhd ETDİ - SƏBƏB
126025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.