Şəhid adının əbədiləşdirilməsi ilə bağlı yeni qanun HAZIRLANIB

Şəhid adının əbədiləşdirilməsi ilə bağlı yeni qanun HAZIRLANIB

Hazırda oxunan: Şəhid adının əbədiləşdirilməsi ilə bağlı yeni qanun HAZIRLANIB

126009

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinin sosial müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailə üzvlərinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması, eyni zamanda şəhid adının əbədiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb, müvafiq qaydada dövlət qurumları ilə razılaşdırılaraq, aidiyyəti üzrə təqdim edilib.
Qanun layihəsi qəbul edildikdən sonra digər normativ hüquqi aktlar, o cümlədən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” qanuna uyğunlaşdırılaraq yenidən hazırlanacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO