Ərdoğanın təxirə salınan Bakı səfərinin vaxtı - AÇIQLANDI

Ərdoğanın təxirə salınan Bakı səfərinin vaxtı - AÇIQLANDI

Hazırda oxunan: Ərdoğanın təxirə salınan Bakı səfərinin vaxtı - AÇIQLANDI

125988
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Bakıya gələcək və BMT-nin sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək.

Moderator.az bildirir ki, bu barədə Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun virtualaz.org saytına açıqlamasında deyib.

Xatırladaq ki, Ərdoğan fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Strateji Şurasının toplantısında iştirak etmək üçün Bakıya səfər etməliydi. Lakin Ankarada törədilən terror səfərin təxirə salınmasına səbəb oldu.

Səfir Ərdoğanın Bakıya əvvəl planlaşdırılan səfərinin onun Qlobal Forumda iştirakı ilə eyni vaxtda baş verəcəyini hələ dəqiq bilmədiyini deyib: "Bu məsələ Ankarada müzakirə olunur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO