Cəlilabadda OLAY: Avtoyumanın işçisi başqasının maşını ilə zəncirvari qəza törətdi

Cəlilabadda OLAY: Avtoyumanın işçisi başqasının maşını ilə zəncirvari qəza törətdi

Hazırda oxunan: Cəlilabadda OLAY: Avtoyumanın işçisi başqasının maşını ilə zəncirvari qəza törətdi

125928

Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb.  

Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə "BMW" markalı minik avtomobilini avtoyumadan götürərək zəncirvari yol qəzasına səbəb olub.

Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.  

Faktla bağlı araşdırma aparılır.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO