Ötən gün şəhid ailələri ilə görüş keçirilən Quba rayonunda bu gün Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Quba rayon icra hakimiyyətinin məsul şəxsləri, DTX-nin rayon şöbəsinin rəisi, hüquq -mühafizə orqanlarının, ictimai təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, yerli icma nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev torpaqlarımızın düşməndən geri alınmasında müstəsna xidmətləri olan qazi və müharibə iştirakçılarını ürəkdən salamlayaraq, onları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.
Rayon rəhbəri onları narahat edən qayğı və problemləri dinləyib və həlli üçün tapşırıqlarını verib.
Ziyəddin Əliyevin sözlərinə görə, Qubada qazi və müharibə iştirakçılarına diqqət və qayğı bundan sonra da yüksək səviyyədə olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
Cəmiyyət
18:50 / 16.03.2023
Qubada Vətən müharibəsi iştirakçıları ilə GÖRÜŞ KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Qubada Vətən müharibəsi iştirakçıları ilə GÖRÜŞ KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Qubada Vətən müharibəsi iştirakçıları ilə GÖRÜŞ KEÇİRİLDİ - FOTO
125922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.