İşğaldan azad olunan Talış kəndi FOTOLARDA

İşğaldan azad olunan Talış kəndi FOTOLARDA

Hazırda oxunan: İşğaldan azad olunan Talış kəndi FOTOLARDA

125888

Bu gün 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə köçürülüb.

Bizim.Media xəbər verir ki, evlərin daxilində kommunikasiya sistemi çəkilib, bütün evlər mətbəx mebeli ilə təchiz edilib.

Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir.

Kənddə 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub. Bundan başqa, kənddə 9 qeyri-yaşayış binası istifadəyə verilib. Kəndin su-kanalizasiya xətti çəkilib. Məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır. Kənd tamamilə qazlaşdırılıb.

Hazırda Talışda bərpa-quruculuq işləri davam etdirilir. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərədə tutulur.

Xatırladaq ki, Tərtər rayonunun Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğaldan azad edilib.

Talış kəndinin bu gününü əks etdirən fotoları təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO