Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin mart ayının 1-dən 15-dək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində ümumilikdə 2250 km-dək yol qar örtüyündən təmizlənib.
Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.
Bizim.Media