Talış kəndinə köç yola düşdü – YENİLƏNİB - FOTO/VİDEO

Talış kəndinə köç yola düşdü – YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Talış kəndinə köç yola düşdü – YENİLƏNİB - FOTO/VİDEO

125829

Talış kəndinə köç Tərtər rayonundan yola düşüb.

Bu barədə informasiyanı Bizim.Media-nın Qarabağ bürosu yayıb.

Bizim.Media

***12:41

Talış kəndinə böyük qayıdış gününə həsr olunmuş tədbir Tərtər rayonunda start götürüb. 

Bizim.Media xəbər verir ki, bayraq meydanında təşkil olunan tədbirdə köç etməyə hazırlaşan ailələr, Talış-Suqovuşan istiqamətində aparılan hərbi əməliyyatlarda qazı olmuş hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bayram əhval-ruhiyyəsi ilə başlanan tədbirdə vətənpərvərlik ruhunda musiqi nömrələri səslənib. 

Qeyd edək ki, böyük qayıdış zamanı 90 nəfərdən ibarət 20 ailə Talış kəndinə yola düşəcək. Köç iki mərhələdə həyata keçiriləcək. Hər mərhələdə on ailə öz doğma yurduna dönəcək.


 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO