Bakıda bu körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır – SƏBƏB - FOTO

Bakıda bu körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır – SƏBƏB - FOTO

Hazırda oxunan: Bakıda bu körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır – SƏBƏB - FOTO

125822

Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə (körpü) aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində (yalnız yol ötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən yol ötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 00:00-dək tətbiq ediləcək.
Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində kənar yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO