Azərbaycanda uzunömürlülük üzrə ilk konqres 10 startapla işə başladı – FOTO 

Azərbaycanda uzunömürlülük üzrə ilk konqres 10 startapla işə başladı – FOTO 

Hazırda oxunan: Azərbaycanda uzunömürlülük üzrə ilk konqres 10 startapla işə başladı – FOTO 

125818

Bakıda “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgisi davam edir.

Bizim.Media xəbər verir ki, tədbirin ikinci günü Azərbaycanın milli musiqisi və rəqslərinin ifası ilə başlayıb. "Odlar yurdu" simvolizə edən elementlər nümayiş etdirilib.

Martın 15-dən başlayaraq keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən dəvət olunan 21 spikerin çıxışı nəzərdə tutulub.

Tibbi SPA və uzunömürlülük üzrə sağlamlıq mərkəzlərinin inkişafı ilə məşğul olan Possumus development şirkətinin yardıcısı, zehni sağlamlıq üzrə mütəxəssis İlona Ansone salamlama nitqində bildirib ki, təbdirdə uzunömürlülüklə bağlı 10-a yaxın startaplar iştirak edir.

Konqresdə Səhiyyə Nazirliyinin müavini İlqar Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və TƏBİB-in Müşahidə Şurasının sədri Zaur Əliyev də iştirak edir.
Konqres öz işini martın 17-də də davam etdirəcək.

Səkinə Yusibli, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO