"Windows 11" vasitəsilə "iPhone"da bunları edə BİLƏCƏKSİNİZ

Hazırda oxunan: "Windows 11" vasitəsilə "iPhone"da bunları edə BİLƏCƏKSİNİZ

125801

"Windows 11"in "KB5023706" kodu ilə yeniləməsi stabil versiyalar üçün istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bu yeniləmə ilə bütün "iPhone" istifadəçiləri telefonlarını kompüterlərinə qoşa və "iMessage"dan istifadə edə biləcəklər.


Ən sadə formada "Phone Link iPhone"ların "Windows 11" də kompüterinə qoşulmasına imkan verir. Bu proqramla istifadəçilər "Windows 11"də "iMessage" vasitəsilə kompüterlərində mesaj göndərə və qəbul edə, zəng edə və telefonlarında bildirişləri görə biləcəklər.


"Microsoft" "Windows 11" cihazlarını "iPhone"lara qoşmaq və "iMessage"ın istifadəsinə imkan vermək üçün "Bluetooth" texnologiyasından istifadə edir. Başqa sözlə, "Windows 11" ilə işləyən kompüterinizdə "Bluetooth" dəstəyi varsa, "Phone Link" proqramından problemsiz istifadə edə biləcəksiniz.

"Windows 11"də "iMessage"in istifadəsi ilə bağlı bəzi məhdudiyyətlər də olacaq.


Yayımlanmağa başlayan yeniləməni quraşdırdıqdan sonra "Phone Link" xüsusiyyətindən yararlanmaq istəyirsinizsə, tətbiqi işə salmaq və cihazın identifikasiyası ekranında "iPhone"u seçmək kifayətdir. Növbəti addımda tətbiqin təlimatlarına əməl etməli və cihazın cütləşdirilməsini tamamlamalısınız.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO