Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATDI

Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATDI

Hazırda oxunan: Ali məktəblərə və kolleclərə sənəd qəbulu BAŞA ÇATDI

125794

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Bizim.Media Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, martın 1-dən başlayan sənəd qəbulu martın 15-i saat 23:59-da başa çatıb.

Ümumilikdə, ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 101489 olub. Onlardan 92544-ü Azərbaycan, 8945-i isə rus bölməsi üzrədir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu verənlərin sayı isə 89416-dır. Onlardan 83740-ı Azərbaycan, 5676-sı rus bölməsi üzrədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO