Bakı şəhərinin Suraxanı rayonunda, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən ikimərtəbəli evdə yanğın olub.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Suraxanı rayonunda ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Evdə yanaraq ölən şəxsin kimliyi məlum olub. O, 1973-cü il təvəllüdlü Qaydamakin Oleq Viktoroviçdir.
Fakt üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılır.
Bizim.Media