Gənclərin hərbi təhsilə marağının artırılması ilə bağlı layihə başa çatdı

Gənclərin hərbi təhsilə marağının artırılması ilə bağlı layihə başa çatdı

Hazırda oxunan: Gənclərin hərbi təhsilə marağının artırılması ilə bağlı layihə başa çatdı

125744

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsində qalib olmuş “Gənclərin hərbi təhsilə yönləndirilməsi”x9d adlı layihənin icrası başa çatıb.

Layihənin rəhbəri Qalib Əzizovun verdiyi məlumata görə, 3 ay davam edən layihə çərçivəsində mövzu ilə bağlı kitab çap edilib, Suraxanı rayon Gənclər Evində iki günlük təlim keçirilib. Təlimdə gənclərə hərbi təhsil müəssisələri barəsində ətraflı məlumat verilib, hərbi sahəni seçmək istəyən gənclərin sualları cavablandırılıb. Təlimlər zamanı gənclər əsasən hərbi təhsil müəssisələrinə qəbul qaydaları, Silahlı Qüvvələrində hərbi xidmətkeçmə qaydaları ilə maraqlanıblar. Həmçinin təlimlərdə iştirak edən hərbi ekspertlər gənclərə Azərbaycan Ordusunun son dövlərdə istifadəsinə verilmiş müasir hərbi texnika, silahlar haqqında da informasiya veriblər.
Təlimin sonunda iştirakçılara sertifikat verilib və layihə çərçivəsində çap olunmuş kitab paylanıb. 


Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO