Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirildi - FOTO

Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirildi - FOTO

Hazırda oxunan: Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirildi - FOTO

125688

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 15-ci Aqrar İnnovasiya Festivalı Xaçmazda baş tutub.

Bizim.Media xəbər verir ki, festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, "Aqroservis"ASC, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf agentliyi, Aqrar Sığorta Fondu, Süni Mayalandırma Mərkəzi, Dövlət Toxum Fondu, digər tabeli qurumlar, ümumən aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən 60-dan çox xarici və yerli şirkətin nümayəndələri qatılıb.

Xaçmaz Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda müxtəlif innovativ məhsul və avadanlıqlar əyani nümayiş edilib.

Tədbirdə çıxış edən Xaçmaz İH başçısı Elnur Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rəfail Quliyev və digər natiqlər festivalın əhəmiyyətindən söz açıblar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xaçmaz rayonunda da  Aqrar sahənin inkişafı istiqamətində ardıcıl işlər aparılır.

Festival zamanı innovativ texnologiya və məhsulların nümayişi ilə yanaşı, startap zona, təlim və məlumat sessiyaları da təşkil edilib

Festival Quba-Xaçmaz bölgəsinin fermerlərinin marağına səbəb olub.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO