Ağdamda bayram konsertlərinə start VERİLDİ - FOTO

Ağdamda bayram konsertlərinə start VERİLDİ - FOTO

Hazırda oxunan: Ağdamda bayram konsertlərinə start VERİLDİ - FOTO

125672

Ağdamda bayram konsertlərinə start verilib.

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, beş min nəfərə qədər sakinin iştirakı ilə təşkil olunan tədbir Qarabağ atlarının üzərində gətirilən rəmzi məşəllə bayram tonqalının alovlandırılması ilə başlayıb. 

Tədbirin giriş hissəsində rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov meydan ətrafında sərgilənən milli xörəklər və yerli tarixi əşyalara, o cümlədən qədim milli oyunları seyr edib. Kosa və keçəlin iştirakı ilə yumurta döyüşdürülüb. 

Rayon şənliyində çıxış edən Vaqif Həsənov və digərləri bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. 

Tədbir ölkənin tanınmış sənət adamlarının və yerli incəsənət nümayəndələrinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edir. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO