Günəşəbənzər ulduzun ətrafında iki ekzoplanet AŞKAR EDİLDİ

Günəşəbənzər ulduzun ətrafında iki ekzoplanet AŞKAR EDİLDİ

Hazırda oxunan: Günəşəbənzər ulduzun ətrafında iki ekzoplanet AŞKAR EDİLDİ

125628

Astronomlar təxminən 175 işıq ili uzaqlıqdakı günəşəbənzər ulduzun ətrafında fırlanan iki yeni ekzoplanet kəşf ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, HIP 104045 b və HIP 104045 c olaraq qeyd olunan planetlər müvafiq olaraq Yupiterin analoqu və super-Neptun kimi təsnif edilir. Bu yeni kəşf haqqında məqalə arXiv serverinə yerləşdirilib.

San-Paulo Universitetinin astronomlar qrupu Avropa Cənub Rəsədxanasının (ESO) 3,6 metrlik teleskopunda yüksək dəqiqlikli (HARPS) spektroqrafından istifadə edərək günəşəbənzər HIP 104045 ulduzunu müşahidə ediblər. Solar Twin Planet Search (STPS) proqramı tərəfindən aparılan müşahidələr iki nəhəng planetin kəşfinə səbəb olub.
HIP 104045 b-nin kütləsi təxminən 0,5 Yupiter kütləsidir. Planetin ulduz ətrafında dolanma dövrü 2315 gün, ulduzdan məsafəsi 3,46 aastronomik vahiddir. Digər planetin kütləsi isə təxminən 0.136 Yupiterin kütləsinə bərəbərdir, planetin orbital dolanma dövrü isə 316 gündür. Bu super-Neptun tipli ekzoplanetdir və ulduzdan ~0,92 astronomik vahid məsafədə yerləşir.

Qeyd edək ki, HIP 104045 ulduzunun kimyəvi tərkibi də Günəşinkinə çox yaxındır. Belə ki, ulduzun tərkibində odadavamlı və uçucu elementlərin miqdarı Günəşin digər əkizlərindən daha azdır.

Məhz tərkibinə görə alimlər ilkin olaraq ulduzun planet sisteminin Günəş sisteminə bənzədiyini – daxili hissədə bərk səthi olan planetlər, xarici oblastda isə qaz nəhənglərinin yerləşdiyini düşünürdülər. Nəticə olaraq, ulduzun tərkibində odadavamlı elementlərin miqdarının cüzi artıqlığını, ulduzun hansısa qayalı planetin materiallarını udması ehtimalı ilə əlaqələndiriblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO