Zaqatalada YOL QƏZASI: Vətən Müharibəsi qazisi xəsarət aldı

Zaqatalada YOL QƏZASI: Vətən Müharibəsi qazisi xəsarət aldı

Hazırda oxunan: Zaqatalada YOL QƏZASI: Vətən Müharibəsi qazisi xəsarət aldı

125531

Zaqatalada yol-nəqliyyat qəzası baş verib. Hadisə Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Çobankol kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən qəzanı törədən Vətən Müharibəsi qazisi, Faldar kənd sakini, 26 yaşlı Sübhan Durmuşovdur.  

Hadisə şahidlərinin sözlərinə görə, Subhan Durmuşov idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə hərəkətdə olarkən edirəetməni itirməsi nəticəsində maşını yolun kənarındakı ağaca çırpıb.  
Sürət həddi yüksək olan avtomobil daha sonra yolun kənarına aşıb. Nəticədə Sübhan Durmuşov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata əsasən yol qəzasında xəsarət alan vətəndaşın müayinəsi aparılır. Vəziyyəti orta-ağır olaraq qalır.  

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma başlanılıb. Qəzanın səbəbləri təhqiqat başa çatdıqdan sonra bəlli olacaq.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO