Evlənmək üçün efirə gələn yaşlılar niyə gülünc vəziyyətə SALINIR? – Psixoloq kanalları TƏNQİD ETDİ 

Evlənmək üçün efirə gələn yaşlılar niyə gülünc vəziyyətə SALINIR? – Psixoloq kanalları TƏNQİD ETDİ 

Hazırda oxunan: Evlənmək üçün efirə gələn yaşlılar niyə gülünc vəziyyətə SALINIR? – Psixoloq kanalları TƏNQİD ETDİ 

125507

Son vaxtlar yaşlı qadın və kişilər televiziya vasitəsilə efirə çıxıb ailə qurmaq istədiklərini bildirirlər. 70 və ondan yuxarı yaşda olan ahılların efirə sosial problemlərdən dolayı deyil, məhz ailə qurmaq üçün axını ictimaiyyətdə ciddi tənqid hədəfinə çevrilib və Azərbaycan qadını, kişisi adına ləkə kimi dəyərləndirilib.

Xüsusilə televiziya aparıcılarının özünü tamada, kəbin kəsən qazi kimi aparmaları, bayağı söhbətlərlə məsləhət vermələri, bununla izləyicilərin sinir sistemini pozmaları və uşaq kimi həssas, biçarə yaşlıları daha da gülünc vəziyyətə salmaları cəmiyyətdə birmənalı qarşılanmayıb.

Efirlərdə yayımlanan biabırçı evlilik verilişlərinə son verilməsi tələb edilib.

Tanınmış psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında ahıl insanların efirdə aşağılanması məsələsinə münasibət bildirib. Psixoloqun sözlərinə görə yaşlı insanların efirdə gülünc vəziyyətə salınmasına ilk olaraq televiziya kanalları şərait yaradır:

“Məni narahat edən məsələ uşaqlarımızın, gənclərimizin, ahıllarımızın, bir sözlə hər yaşda olan insanların sevə-sevə izlədiyi türk seriallarıdır. Vaxt var idi Braziliya seriallarını bəyənmirdik. Türk serialları Braziliya seriallarını artıq kölgədə qoyub.
Evimizin içinə qədər daxil olan serialda mənəviyyatsız yaşantı, ailədaxili dəyərlərin olmaması, ailə institutunun darmadağın olması açıq-aşkar qəhrəmanlıq obrazında nümayiş olunduğu üçün baş verən hər şey evimizdə adi hal alıb. Ailə və insani dəyərlərimizi, mənəviyyatımızı ictimai el və cəmiyyət olaraq qorumasaq, bunu heç kim edə bilməz. Bu gün türk serialları bizim mənəviyyatımızı və ailə institutumuzu darmadağın edir. Gündəm onu göstərir ki, bunu bacarıb. Hələ bunun gələcəyi var.

Bu gün əgər bizə tərbiyə sərgiləyən ata ilə oturub gəlinin qaynı ilə olan özəl münasibətinə rahat baxa biliriksə, bu hal şuurumuza adi hal kimi həkk olmaqda davam edir. Artıq cəmiyyət buna sıradan baxa bilir. Cəmiyyət türk seriallarında baş verən iyrəncliklərə adi baxmasaydı, o zaman serialları qəbul etməzdi və reytinqlər qalxmazdı”. 

Psixoloq türk seriallarındakı həmin mənəviyyatsızlıqların indi Azərbaycan efirlərində nümayiş olunduğunu vurğulayıb:

“Təssüf ki, bu mənəviyyatsızlıq öz verilişlərimizdə açıq şəkildə nümayiş olunur. Hər yaşın özünün edə biləcəyi və bağışlanası  səhvləri var. Bu gün isə verilişlərimizdə hər yaşda insanın yeniyetmə kimi səhv etdiklərinin şahidi oluruq.

Cəmiyyət qarşısında tənqid və müzakirə olunsalar da, fakt bu cür olaylara baxılır, veriliş isə bundan reytinq qazanır. Ahıl yaşda olan insanlar isə özlərini efirdən gülünc vəziyyətə qoymaqdan utanmırlar. Bunun müxtəlif səbəbləri ola bilər. Ya övladlarından intiqam almaq istəyirlər, ya da düşüncələri və baxışları belədir. Nə olursa olsun fakt dəyişmir. Artıq bizim cəmiyyət el arasında yayılan ağsaqqal, ağbirçək adını itirməyə başlayır.

Bu ifadələrin dəyəri aşağı düşür. Hansı ki, buna məhz efirlər şərait yaradır. Efir vasitəsilə cəmiyyətə göstərilən hər bir şey nümunə ola bilər. Necə ki, 1 milliqram zəhər bir qram xeyirli dərmandan daha tez bədənə yayılır.
Eləcə də efirə çıxan mənfilər daha tez cəmiyyətə inteqrasiya edə bilir. Bu, çox mənfi haldır və davam etdikcə cəmiyyəti ayaqda saxlayan dəyərlərin itib-batmasına səbəb olacaq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO