Bakının məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB

Bakının məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB

Hazırda oxunan: Bakının məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB

125466

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb. 

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən xəbər verilib. 

Keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Romance Palace", "Grace Hall", "Meridian", "Grand Neon" və "Sapfir" şadlıq saraylarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı şadlıq saraylarının sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti restoran və şadlıq saraylarının sahiblərini havanı çirkləndirməməyə, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO