Sumqayıtda təqaüdçülərə qarşı soyğunçuluq edənlər SAXLANILDI - VİDEO

Sumqayıtda təqaüdçülərə qarşı soyğunçuluq edənlər SAXLANILDI - VİDEO

Hazırda oxunan: Sumqayıtda təqaüdçülərə qarşı soyğunçuluq edənlər SAXLANILDI - VİDEO

125454

Sumqayıtda təqaüdçülərə qarşı quldurluq və soyğunçuluq edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində ahıl yaşlı şəxsləri izləyərək onlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Sadiq Şavaqatov və Zahid Kazımov saxlanılıblar.
Bu şəxslər bankomatlarda təqaüdlərini nağdlaşdıran zərərçəkənlərin pullarını ələ keçiriblər. 

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - Bayandur Umudov da tutulub.

Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə marixuana aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO