"İşğaldan azad olunmuş ərazilərimizin minalarla çirkləndirilməsi bərpa və yenidənqurma prosesini ləngidir, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına ciddi maneə olur, kənd təsərrüfatı, təhsil, turizm, ərzaq təhlükəsizliyi, məşğulluq kimi bir çox sahələrin inkişafına mənfi təsir etməklə DİM-lərə nail olmaqda çətinlik yaradır".
Bizim.Media xəbər verir ki, bunu BMT və Azərbaycan arasında “2021 - 2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası ilə bağlı Birgə İstiqamətləndirici Komitənin iclasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
"Qlobal minatəmizləmə səylərinin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi vacibdir", - deyə nazir müavini əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:48 / 14.03.2023
Minalarla çirklənmə Qarabağda yenidənqurmanı ləngidir – RƏSMİ
Hazırda oxunan: Minalarla çirklənmə Qarabağda yenidənqurmanı ləngidir – RƏSMİ
Hazırda oxunan: Minalarla çirklənmə Qarabağda yenidənqurmanı ləngidir – RƏSMİ
125429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.