ADY ağacəkmə aksiyası keçirdi - FOTO 

ADY ağacəkmə aksiyası keçirdi - FOTO 

Hazırda oxunan: ADY ağacəkmə aksiyası keçirdi - FOTO 

125359

“Azərbaycan Dəmir Yolları’’ Qapalı Səhmdar Cəmiyyəti (ADY) “Heydər Əliyev ili” çərçivəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən və qurumun balansında olan yaşıllaşdırma zolağında ağacəkmə aksiyası keçirib. 

Bizim.Media xəbər verir ki, aksiyada ADY və qurumun törəmə şirkətlərinin 100-dən çox əməkdaşı iştirak edib. 

Ümumi sahəsi 2 hektar olan ərazidə 1000 ədəd zeytun ağaçı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. 

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADY tərəfindən tədbirlər planı təsdiq olunub və silsilə tədbirlərin keçirilməsinə start verilib.

Tədbirlər planı çərçivəsində Ulu Öndərin təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə çağrışları əsas götürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO