Göyçayda Ulu Öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası KEÇİRİLDİ - FOTO 

Göyçayda Ulu Öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Göyçayda Ulu Öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası KEÇİRİLDİ - FOTO 

125318

Göyçayda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, aksiya zamanı Göyçay Rayon Heydər Əliyev Mərkəzinin qarşısında avtomobil yolu boyunca müxtəlif növ ağaclar əkilib. 

Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın əməkdaşlari, idarə, müəssisə, ictimaiyyət nümayəndələri eləcə də rayon sakinləri iştirak ediblər.

Bundan başqa aksiyada yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.  

Aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpası, mövcud torpaq qatının münbitləşdirilməsinə töhfə verməklə insanlar arasında ekoloji mədəniyyət hissinin təbliğ edilməsindən ibarətdir.  

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO