Edillidəki məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara HESABAT GÖNDƏRİLDİ 

Edillidəki məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara HESABAT GÖNDƏRİLDİ 

Hazırda oxunan: Edillidəki məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara HESABAT GÖNDƏRİLDİ 

125282

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Edillidəki kütləvi məzarlıqlarda aparılmış araşdırmanın nəticələrinə dair hesabat hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatı  məlumat yayb.

Məlumatda qeyd olunur ki, Birinci Qarabağ müharibəsi dövründə (1988-1994-cü illər) Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılara qarşı çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən Xocəvənd rayonunun Edilli kəndində müxtəlif ağır işgəncələrlə qətlə yetirilmiş şəxslərin cəsədlərinin təhqir edilərək qeyri-insani formada dəfn edildiyi kütləvi məzarlıqların aşkar olunması faktı bunu bir daha təsdiq edir.

Bununla əlaqədar Ombudsmanın faktaraşdırıcı missiyası çərçivəsində Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən Edilli kəndindəki kütləvi məzarlıqlarda müstəqil şəkildə yerində araşdırma həyata keçirilib və aparılmış monitorinq zamanı toplanmış təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanıb.

Azərbaycanlılara qarşı kəskin etnik nifrətə əsaslanan çoxsaylı ağır cinayət əməllərinin törətməsində təqsirkar olan Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunmuş şəxslərin beynəlxalq ədalət mühakiməsinə cəlb olunması istiqamətində effektiv beynəlxalq hüquqi tədbirlərin görülməsi ilə bağlı hesabatda dolğun faktlar toplanıb.
Hesabatın sonunda beynəlxalq təşkilatlara Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə dəfn edildiyi yerlərin, habelə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim olunması, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə hüquqi məsuliyyət müəyyən edən təxirəsalınmaz tədbirlərin görülməsi üçün qəti mövqe nümayiş etdirilməsi barədə müraciət edilib.

Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara ünvanlanıb.





Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO