DİN: Saatlıda polisin silah tətbiq etməsi iddiaları əsassızdır - YENİLƏNİB

DİN: Saatlıda polisin silah tətbiq etməsi iddiaları əsassızdır - YENİLƏNİB

Hazırda oxunan: DİN: Saatlıda polisin silah tətbiq etməsi iddiaları əsassızdır - YENİLƏNİB

125278

Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir. 

Bunu Bizim.Media-nın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib. 

O, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib:

“Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.

Bizim.Media


*** 16:13
Bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar 3 gün bağlı qalacaq!


Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar. 

Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər.

Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.

Hazırda araşdırmalar aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO