İranda itkin düşən azərbaycanlı tələbə ilə bağlı RƏSMİ MƏLUMAT - FOTO

İranda itkin düşən azərbaycanlı tələbə ilə bağlı RƏSMİ MƏLUMAT - FOTO

Hazırda oxunan: İranda itkin düşən azərbaycanlı tələbə ilə bağlı RƏSMİ MƏLUMAT - FOTO

125235

“İranda itkin düşən azərbaycanlı tələbədən məlumat yoxdur”.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN rəsmisi qeyd edib ki, cavab gözləyirik: “Axtarışlarda son durumla bağlı məlumat yoxdur".

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO