Goranboyda toydan qayıdan 3 avtomobil toqquşdu - Ölən var - FOTO

Goranboyda toydan qayıdan 3 avtomobil toqquşdu - Ölən var - FOTO

Hazırda oxunan: Goranboyda toydan qayıdan 3 avtomobil toqquşdu - Ölən var - FOTO

125174

Goranboyda toydan qayıdan avtomobillərin toqquşması ölümlə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində baş verib. 

İlkin versiyaya görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yol kənarındakı digər maşınlara çırpılıb.

Qəza nəticəsində 1 nəfərin öldüyü, bir nəfərin isə  ağır vəziyyətdə xəstəxanaya aparıldığı deyilir. 
 

Bildirildiyinə görə, qəzada toqquşan hər üç avtomobildə olanlar toydan qayıdırmışlar. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO