Azərbaycanlı siyasətçi Türkiyədə prezidentliyə namizəd oldu - DOSYE

Azərbaycanlı siyasətçi Türkiyədə prezidentliyə namizəd oldu - DOSYE

Hazırda oxunan: Azərbaycanlı siyasətçi Türkiyədə prezidentliyə namizəd oldu - DOSYE

125149

Türkiyədə prezidentliyə namizəd olanların arasında əslən azərbaycanlı Sinan Oğan da var.

Bizim.Media xatırladır ki, Sinan Oğan 1967-ci ildə İğdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.

Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olub və MHP-nin S.Oğanı bu bölgədə 1 nömrəli namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlib.
Türkiyə Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb. Hazırda Türkiyədəki prezident seçkilərində namizədliyini irəli sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO