Bu rayonda Novruz iməciliyinə start verildi - FOTO

Bu rayonda Novruz iməciliyinə start verildi - FOTO

Hazırda oxunan: Bu rayonda Novruz iməciliyinə start verildi - FOTO

125131

Göyçayda Novruz bayramı ilə əlaqədar ümumrayon iməciliyi keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz bayramı ilə əlaqədar rayonun  Şəhidlər Xiyabanlarında, eləcə də rayonun bütün yaşayış məntəqələrindəki qəbiristanlıqlarda rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, kənd bələdiyyələrinin, rayon sakinlərinin iştirakı ilə geniş miqyaslı iməcilik keçirilib.

İməcilik zamanı qəbiristanlıqlarda səliqə-sahman yaradılaraq ərazi kol-kosdan, alaq otlarından, qəbirüstü daşların üzəri silinərək təmizlənmiş və yeni ağaclar əkilərək, ərazidə olan mövcud yaşıllıqlara aqrotexniki qulluq edilib.

Təmizlik işləri və ağacəkmə aksiyaları rayon İcra Hakimiyyəti başçısınının İnçə, Mırtı, Məlikkənd, Aşağı Qaraməryəm, Yalman, İkinci Ərəbcəbirli, Qaraməryəm, Şəkər, Müskürlü, Kürdşaban, Alxasava, Qızılağac, Bığır, Cəyirli, Çərəkə, Bəydövül, Çaxırlı, Ləkçılpaq və Qaraman kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində həyata keçirilib.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO