Qəbələnin icra başçısı haqqında ilginc ittiham...

Qəbələnin icra başçısı haqqında ilginc ittiham...

Hazırda oxunan: Qəbələnin icra başçısı haqqında ilginc ittiham...

125116
Moderator.az-ın poçtuna aşağıdakı məzmunda şikayət məktubu gəlib. Bəri başdan məktubda adları çəkilən səlahiyyət sahiblərinə də cavab haqqı tanıdığımızı bəyan edirik və bu iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini müəyyənləşdirmək imkanında olmadığımızdan müvafiq qurumların məsələyə aydınlıq gətirəcəyinə ümid edirik:

Ağdam rayonu, Şişpapaqlı kəndində qeydiyyatda olub, Qəbələ şəhəri, Xalid Qasımov küçəsi, 10 saylı ünvanda yaşayan müharibə veteranı xa0Əliyev Nizami Cəlal oğlu tərəfindənxa0

xa0M ü r a c i ə t

Çox hörmətli Mətbuat nümayəndələri!

Qəbələ rayonunda icra və hüquq mühafizə orqanları tərəfindən törədilən qanunsuzluq, özbaşınalıq və həyasızlıq məni və ailəmi son həddə çatdırmışdır. Məsələnin mahiyyəti bundadır ki, mənim qanuni qüvvəyə minmiş qətnamə əsasında əldə etdiyim torpaq sahəsi rayon rəhbərliyində olan kimlərinsə xoşuna gəlib. Mənimlə aparılan danışıqlar nəticə vermədikdə ağzı dolusu tərif etdiyimiz hüquqi dövlətimizdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi adi kağız parçasına çevrili. Əlbəttə, qanuna belə bir münasibət təbiidir. Çünki qanunu pozan şəxs qanundan daha yüksəkdə duran Qəbələ rayon icra başçısı ”“ Qəbələ xanı Səbuhi Abdullayev və Xanın xalası oğlu ardıcıl olaraq üç müddət Qəbələ rayonunda Prokuror işləyən Məqsəd Orucovdur. Sual oluna bilər ki, qanunla hesablaşmayan bu cənablar məsuliyyətdən qorxmurlarmı? Qəti əminliklə deyə bilərəm ki, yox.

Birincisi, bunu onların törətdiyi özbaşınalıqların miqyası ilə izah edirəm. Digər tərəfdən də bu onunla izah olunur ki, millətin qanını içən bu vəzifə cəlladları hakimiyyətin yuxarı eşalonu tərəfindən himayə olunurlar. Onların törətdikləri qanunsuz əməllərin millətə hansı şəkildə zülm etməsinin heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ budur ki, bu cənablar mövcud hakimiyyətə və rejimə sədaqətini sübut etsinlər. Bu cənabların dəhşətlərinə tab gətirə bilməyən insanların düşmən ölkədə sığnacaq axtarması bir çox mətləblərdən xəbər verir. xa0

Başıma gətirilən müsibətlərin qısa məzmunu belədir. Mən alqı-satqı əsasında torpaq sahəsi almışam. Mülkiyyətə dair bütün sənədlərim var. Amma bu torpaq sahəsini rayon icra başçısı Səbuhi Abdullayev və prokuror Məqsəd Orucov ələ keçirmək üçün mümkün olmayan saxtakarlıqlara və fırıldaqlara əl atırlar. Həmin torpağın Qəbələ bələdiyyəsinin 21 dekabr 2005- ci il tarixli 12 saylı qərarı əsasında satılmasına dair protokol məhv edilir. Həmin protokolun qeydiyyata alınmasına dair jurnal məhv edilir. Yeni saxta protokol tərtib olunur. Yeni saxta qeydiyyat jurnalı tərtib olunur. Və həmin saxta protokolda mənə aid torpaq sahəsinin satılmasına dair məlumatlar çıxarılır. Prokurorluq həmin jurnala baxış keçirib müəyyən edir ki, qeydiyyat jurnalında 2005-ci ilin sentyabrına qədər 9- saylı protokolundan sonra protokol qeydə alınmamışdır. Bu Rayon Prokurorluğunun apardığı yoxlamaların nəticəsinə dair qərarda da öz əksini tapmışdır. Belə nəticə hasil olur ki, 2005 ”“ci ildə 10,11,12 saylı protokollar ola bilməzdi. Çünki son nömrə 9- dur. Bu gün Qəbələ Bələdiyyəsinin ortaya atdığı və etibarsızlığını tələb etdiyi torpağın alqı ”“satqısına dair aktın əsasında duran 21 dekabr 2005- ci il tarixli 12 saylı protokol hardan ortaya çıxdı? 2005 ”“ ci il qeydiyyat jurnalına diqqət edəndə bəlli olur ki, bu jurnalın özü 2006-cı ilin sonunda xa0çap edilib. Amma bu kitaba baxış keçirən prokurorluq bu açıq - aydın saxtakarlığı görə bilməyib. Daha doğrusu, görmək istəməyib. Təkcə bu xüsusat heç bir şübhə yeri qoymur ki, 2005-ci ilin qeydiyyat jurnalı və bu gün ortaya çıxan 12 saylı iclas protokolu saxtakarlıqla tərtib olunmuşdur.xa0

Beləliklə aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına məhəl qoymadan nə yolla olursa olsun torpağımı əlimdən almağa çalışırlar. Bununla yanaşı bu torpağı ələ keçirmək üçün onlar bu torpağa aid olan, lakin ləğv olunması üçün hələ vaxtı çatmayan sənədləri belə məhv edirlər. Bu gün saxta yollarla yeni bir iddia ilə məni yenidən məhkəməyə çəkirlər və məhkəməyə təsir göstərərək qanunsuz qərar çıxarmasını tələb edirlər. Məhkəmənin ədalətin keşiyində durmaq imkanı yoxdur! Ona görə ki, sifarişçi Qəbələ xanı Səbuhi Abdullayev Ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun qudasıdır. Fikrət Məmmədovun qudasını sonacan müdafiə etməsinə heç bir şübhəm yoxdur. Çünki mən nə 5 il bundan qabaq Göyçay şəhərində F.Məmmədovun qəbulunda olarkən verdiyim şikayətə, nə də 4 ay bundan qabaq ona yazdığım şikayətlərə bu günə kimi cavab ala bilmirəm. Bu yerdə Fikrət müəllimdən soruşmaq istəyirəm! Cənab Məhkəmə hüquq şurasının sədri! Hansı hakim sizin qudanızı razı salmayan qərar qəbul edə bilər? Belə olan şəraitdə məndə qonşu dövlətdə sığınacaq axtarsam vətənə xəyanət dediyiniz əməli törədən mənəm, yoxsa məni buna təhrik edənlər? Və ya Sizin başınıza bu oyunları açsaydılar hansı addımı atardınız? Mənim şikayətimə cavab yazanda bu suallara aydınlıq gətirməyi unutmayın."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO