Şuşaya bayraq sancan Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür - FOTO

Şuşaya bayraq sancan Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür - FOTO

Hazırda oxunan: Şuşaya bayraq sancan Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür - FOTO

125095

Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun doğum günüdür. Lələ təpədən Şuşaya qədər döyüş yolu keçmiş azərbaycanlı hərbçi 1981-ci il 12 mart tarixində doğulub. 

Bizim.Media xəbər verir ki, Ağdam rayonunun Abdal kəndində dünyaya göz açan Yaşar hələ yeniyetmə çağlarında müharibənin ən ağrılı günlərini yaşayıb.

Özündən böyük üç qardaşı birinci Vətən müharibəsinə könüllü olaraq qatılıb. Onlardan biri Füzuli Əhəd oğlu Hüseynov 1994-cü ilin aprelində Ağdam rayon Yusifcanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Məhz elə bundan sonra Yaşar ömrünü hərbə bağlayacağına qərar verir. O, orta təhsilini başa vurub həqiqi hərbi xidmətə yollanır, xidməti başa vurduqdan sonra isə könüllü olaraq ordu sıralarında qalır. Müxtəlif dövrlərdə hərbi təhsil alıb, bilik və bacarıqlarını yüksəldib. 2014-cü ilin avqust ayında düşmən təxribatının qarşısı alarkən yaralanıb. 
Vətən müharibəsi zamanı isə xüsusi təyinatlı qüvvələrin tərkibində Zəfər yolu boyunca - Lələ təpədən Şuşaya qədər döyüşüb. O, şanlı hərb tarixində Şuşaya bayraq sancan döyüşçü kimi yadda qalıb. 

Vətən Müharibəsində də yaralanan Yaşar Hüseynov Azərbaycan respublikasının prezidenti tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib. 

Ailəli, iki övlad atası olan qəhrəmanımız hələ də ordu sıralarında xidmət edir. 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO