Ötən il Şuşaya neçə min nəfər səfər edib?

Ötən il Şuşaya neçə min nəfər səfər edib?

Hazırda oxunan: Ötən il Şuşaya neçə min nəfər səfər edib?

125081

“Hər il Şuşaya gələn qonaqların sayında ciddi artım müşahidə olunur. Ötən ilin statistikasına görə, 12 min nəfərin Şuşaya səfəri qeydə alınıb”.

Bizim.Media xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova APA-ya açıqlamasında deyib.

Səmayə Məmmədova bildirib ki, türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada bu il qonaqlar üçün nəzərdə tutulan bir çox tədbirlər həyata keçiriləcək.

O qeyd edib ki, hər il Şuşaya gələn qonaqların sayında ciddi artım müşahidə olunur. Ötən ilin statistikasına görə, 12 min nəfərin Şuşaya səfəri qeydə alınıb.

“Bu il bir yenilik olacaq, bu yenilik də ondan ibarətdir ki, mart ayının 18-dən başlayaraq, Şuşaya gəlmək istəyən insanların arzu və istəkləri nəzərə alınacaq. Artıq 2 günlük turistik proqram təşkil olunub ki, bu proqrama əsasən, turistlər burada gecələyəcəklər və onlar üçün müəyyən olunmuş xüsusi proqramlar olacaq” - deyə Səmayə Məmmədova vurğulayıb.
Qeyd edək ki, bir qrup jurnalist Şuşada tarixi və mədəni abidələr ziyarət edilib, şəhər ərazisində görülmüş yeni işlərlə tanışlıq olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO