Qəbələ Xalq teatrı 60 YAŞINDA - FOTO 

Qəbələ Xalq teatrı 60 YAŞINDA - FOTO 

Hazırda oxunan: Qəbələ Xalq teatrı 60 YAŞINDA - FOTO 

124926

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində "Teatr və zaman" adlı sərgi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sərginin açılış mərasimində muzeyin direktoru Bəxtiyar Vəliyev çıxış edərək Azərbaycanda milli teatrın yaranması, inkişafı və bugünkü vəziyyəti barədə məlumat verib.

Tədbir iştirakçıları 1873-cü il 10 mart tarixində ilk dəfə nümayiş olunan tamaşa və orada iştirak edən aktyorlar haqqında danışıb.

Həmçinin ictimaiyyətin teatra münasibəti və tamaşaya qoyulan əsərlər haqqında maraqlı faktlarla, foto albom və xatirələrlə tanış olublar. 

Daha sonra muzeyin fondunda mühafizə olunan və 1962 - ci ildə Qəbələ rayon Mədəniyyət şöbəsində yaranmış Cəlil Məmmədquluzadə adına xalq teatrında hazırlanmış tamaşalara, göstərilən mədəni xidmətlərə aid fotoşəkillər və qəzet materiallarından ibarət sərgiyə baxış keçirilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO