X Qlobal Bakı Forumunun sonuncu günü işə başlayıb

X Qlobal Bakı Forumunun sonuncu günü işə başlayıb

Hazırda oxunan: X Qlobal Bakı Forumunun sonuncu günü işə başlayıb

124919

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Bizim.Media xəbər verir ki, Forum çərçivəsində “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda növbəti panel iclası keçirilir.

Bosniya və Herseqovinanın 2001-2002- ci illərdə Baş naziri; Bosniya və Herseqovinanın 2012-2015- ci illərdə Baş nazirinin müavini Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən panel iclasında 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç, 2009-2010-cu illərdə Çexiya Respublikasının Baş naziri Yan Fişer, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov, Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku və Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiç iştirak edirlər.

Hazırda panel iclası çıxışlarla davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO