1502-ci il martın 11-də I Şah İsmayıl Təbrizdə şahənşah (imperator) titulunu qəbul edərək Səfəvilər dövlətinin əsasını qoyub. 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və böyük Azərbaycan dövləti - Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir. O həm də ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.
Bəs, 11 martda daha hansı hadisələr baş verib?
1. 11 mart 1702-ci ildə İngiltərədə gündəlik çıxan ilk milli qəzet “Daily Courant” nəşr olunmağa başlayıb.
2. 1938-ci il martın 11-də Avstriya silah gücünə Hitler Almaniyasının tərkibinə daxil edilib.
3. 1951-ci ildə Hindistanın Yeni Dehli şəhərində ilk dəfə keçirilən Asiya Oyunları 11 mart tarixində sona yetdi. Bu gün də davam edən yarışlar Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Asiya Olimpiya Komitəsi tərəfindən həyata keçirilir.
4. 11 mart 1959-cu ildə Sumqayıtda ilk dəfə tramvay yolu istifadəyə verilib.
5. 11 mart 1985-ci ildə Mixail Qorbaçov Sovet İttifaqının lideri olub.
6. 1990-cı ilin 11 martında Litva SSRİ-nin tərkibindən çıxdığını və dövlət müstəqilliyini elan edib.
7. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası Böyük Britaniya və Qvineya ilə diplomatik əlaqələr qurub.
8. 11 mart 2003-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi fəaliyyətə başladı.
9. 11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19 virusunu pandemiya elan edib
11 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır
1. Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti Bəşir Səfəroğlu 1925-ci ilin bu günündə anadan olub.
2. Bu gün türkçülük cərəyanının qabaqcıllarından və “Türk Ocaqları”nın qurucularından biri, tarixi və siyasi xadim Yusif Akçuranın xatirə günüdür. Osmanlı imperiyasının qurtuluşunu türk birliyi siyasətində görən Yusif Akçura 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilib. 1932-ci ildən cəmi 3 il olmaqla ölənədək Türk Tarix Qurumuna rəhbərlik edir. Yusif Akçura 1935-ci ilin 11 mart tarixində İstanbulda ürək xəstəliyindən dünyasını dəyişib.
3. Türkiyəli aktrisa, müğənni, aparıcı və azərbaycanlıların “Təhminə”si Meral Konrat 11 mart 1963-cü ildə dünyaya göz açıb.
4. Azərbaycanlı boyakar Əşrəf Murad 11 mart 1979-cu ildə vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 11.03.2023
BİZİM TƏQVİM: COVİD-19 virusunu pandemiya elan edilməsindən 3 il keçdi
Hazırda oxunan: BİZİM TƏQVİM: COVİD-19 virusunu pandemiya elan edilməsindən 3 il keçdi
Hazırda oxunan: BİZİM TƏQVİM: COVİD-19 virusunu pandemiya elan edilməsindən 3 il keçdi
124852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.