Qarabağda 37 su elektrik stansiyası inşa EDİLİR

Qarabağda 37 su elektrik stansiyası inşa EDİLİR

Hazırda oxunan: Qarabağda 37 su elektrik stansiyası inşa EDİLİR

124850

Azərbaycanın işğaldan azad olumuş ərazilərində ümumi gücü 240 meqavat olan 37 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlər görülməkdədir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov bu gün Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun 62-ci iclasında deyib. 

"Artıq yeddi elektrik stansiyasının sınaqdan keçirilməsi üzrə işlər aparılır və onların istismara verilməsini gözləyirik", - o deyib. 

Ələsgər Həsənovun sözlərinə görə, Cəbrayılda 69/110 kilovat gücə malik yarımstansiya istismara verilib. 

"Həmçinin, 110 kilovat gücə malik üç yarımstansiyanın və 330 kilovat gücə malik bir yarımstansiyanın tikintisi üzrə işlər yüksək sürətlə aparılır. Cari ilin sonunadək yarımstansiyaların tikintisi üzrə işlərin tamamlanacağı gözlənilir", - o deyib. 

Şöbə müdiri, həmçinin, Zəngilan rayonunda Oxçuçay çayında hər biri 10,5 meqavat gücə malik dörd su elektrik stansiyasının yenidən qurulması üzrə işlərin aparıldığını deyib. 

"Laçın rayonunda üç elektrik stansiyasının yenidən qurulması aparılır. Həmçinin, rayonda 19 su elektrik stansiyasının təmir edilməsi planlaşdırılır. Artıq müvafiq tenderlər elan olunub", - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO