Metroda HƏYƏCANLI ANLAR – Polislər müdaxilə etdi - FOTO

Metroda HƏYƏCANLI ANLAR – Polislər müdaxilə etdi - FOTO

Hazırda oxunan: Metroda HƏYƏCANLI ANLAR – Polislər müdaxilə etdi - FOTO

124849

Bakı metropolitenində həyəcanlı anlar yaşanıb. 

Bu barədə paytaxt sakini İlqar Şahmaroğlu Bizim.Media-ya xəbər verib.

Məlumatda qeyd edilir ki, bu gün saat 16:40 radələrində Həzi Aslanovdan 28 may iqtiqamətində hərəkət edən qatar Nəriman Nərimanov stansiyasını keçərkən 23-25 yaşlı gəncin qəfildən halı pisləşib.

Yerə yıxılan oğlanın köməyinə dərhal polislərimiz çatıblar. Təlimlərə uyğun olaraq vətəndaşa yardım edən polislərimiz gəncə ilk tibbi yarım göstəriblər.

Metropoliten işçilərinin köməyi ilə xəstənin vəziyyəti stabilləşdirilib. Sonra xəstə müayinə üçün təcili yardıma işçilərinə təhvil verilib.


Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO