Paytaxtdakı atışmada yaralananların son durumu AÇIQLANDI - VİDEO

Paytaxtdakı atışmada yaralananların son durumu AÇIQLANDI - VİDEO

Hazırda oxunan: Paytaxtdakı atışmada yaralananların son durumu AÇIQLANDI - VİDEO

124847

Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən verilən açıqlamada bildirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda atışma olub, xəsarət alanlar var – VİDEO 


Məlumatda qeyd olunur ki, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Bakıda bu gün silahlı insident olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb.

Silahlı insident Bakı Dövlət Sirkinin yaxınlığında - paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Olay yerinə əməliyyat qrupu cəlb edilib. 

Hadisədə xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO